Kvevri

Giriş

Əgər payızda kənddə üzüm yığımı zamanı olmusunuzsa, o zaman gil qablar görə bilərsiniz, onda gürcü təsərrüfatçıları şərab saxlayırlar. Kvevrilər xüsusilə Kaxetidə çox olur. Kaxeti Gürcüstanın bölgəsidir və burada çoxlu və dadlı üzüm yetişir. Üzüm şirəsinin saxlanması üçün kaxetililər məhz kvevridən istifadə edir və onu özləri düzəldirlər.

Gürcülər kvevri şərabını çox sevir və dəyərləndirirlər, kvevrini isə qoruyur və ona qulluq edirlər.

Kvevri necə hazırlanır?

Kvevri gildən hazırlanır. Gil torpaqdır, amma adi torpaqdan fərqli olaraq daha yapışqandır və elə yoğrulur ki, ona istənilən forma vermək olar. Məhz kvevrini də bu yolla hazırlayırlar. Əgər gilin keyfiyyəti pisdirsə, o zaman yaxşı alınmır və çatlayır. Bunun üçün Kaxetidə yaxşı gil seçilir və kvevrini də səylə hazırlayırlar.

Gili əvvəlcə yoğurmaq və təmizləmək lazımdır, xırda qumlar olası deyil, əvvəllər onu əllə yoğururdular, indi mühərrikin vasitəsilə yoğrulur. Yoğrulmuş kütlədən əllə kvevri forması alınır və xüsusi dəzgahda düzəldilir. Kvevri yumurta formasında olmalıdır, ucu bir az iti və bağlı olmalıdır, başı isə - yumru və açıq olmalıdır ki, içərisi yaxşı təmizlənsin və sonra ona şərab doldurulsun. Forma alındıqdan sonra kvevrini isti sobaya qoyur və temperaturu yavaş-yavaş artırırlar. Onun hazırlanması çox çətindir və bir neçə gün davam edir.

Kvevri yalnız Gürcüstanda düzəlir. Ona doldurulan şərab xüsusilə dadlı və ətirli olur. Kvevri şərabı xaricdə də çox bəyənilir və Gürcüstandan satış üçün aparılır. Necə düşünürsünüz, nə üçün kvevri şərabı daha dadlıdır, nəinki çəllək şərabı? Şərabçılar deyirlər ki, gilin nəfəs almaq qabiliyyəti var və şərab onun içərisində inkişaf edə bilər. Çəllək şərabının halında hər zaman baş verə bildiyi kimi, kvevridə şərab heç vaxt xarab ola bilməz. Sən demə, kvevridə şərab illər ərzində qalır. Deyirlər ki, əvvəllər kübarların övladları olan zaman süzülmüş üzümü kvevriyə doldururdular və yalnız uşaq böyüdükdən və evləndikdən sonra açırdılar... Bax, sən demə bu qədər vaxt şərab dəyişmədən qala bilər!

Yəqin o da maraqlıdır ki, kvevri nə üçün çatlamır və şərab çıxmır. Kvevrini torpağa qoyana qədər ona içərisindən mum qoyulur. Bu yolla xırda deşiklər doldurulur, bundan sonra şərab kvevridən çıxa bilmir.

Son söz

Kvevrinin hazırlanması çox maraqlı və həvəslidir. İstənilən şəxs onda iştirak edə bilər. Siz də yoğrulmuş gildən balaca kvevri düzəltməyə çalışın.