Daşlar

Bu, daşdır.

Bu orta ölçülü daşdır.

Bu, qayadır.

Qaya daşdan ibarətdir.

Burada daşlar bir-birinə bərk yapışır.

Qaya nəhəng daşdır.

Bu, çınqıllardır.

Çınqıllar xırda daşlardır.

Bu, qumdur.

Qum çox xırda daşlardır.

Bu, tozdur.

Toz daşın ən xırda hissələrindən ibarətdir.