Qoyun

Qoyun sakit, dinc və rahat heyvandır. Özünü ümumiyyətlə müdafiə edə bilmir: dişləri it dişləri kimi kəsici deyil; öküz kimi buynuzları yoxdur və at kimi güclü dırnaqları yoxdur; dovşan kimi tez qaça da bilmir. Bir sözlə, özünü heç cür müdafiə edə bilmir. Bunun üçün də zavallı qoyun düşmən üçün asan tikədir. Məhz bunun üçün də çox zəif və hər şeyə tez tabe olan insanı qoyun adlandırırlar…

Xarici görünüşü ilə qoyun gözəldir. Uzun, sıx və zərif tükləri, mütənasib bədəni, uzunsov başı və nazik ayaqları ona gözəllik verir. Amma üzündən açıq-aydın ağılsızlıq görünür. Onun gözləri ağılsızlıqla harasa uzaqlara baxırlar. Xırda təhlükə də kifayət edir ki, qoyun çox qorxsun. Təhlükə zamanı key, ağılsız vəziyyətdə bir yerdə durur və ya boş-boşuna irəli qaçır və qarşısına dərin xəndək də çıxsa, içərisinə düşəcəkdir. Gecə evə od düşsə və qoyunu evdən çıxarıb xilas etsən, yenə də oda soxulub özünü yandıracaqdır… Qoyun canavarı görən kimi, qaçmayacaq, bir yerdə durub ağılsız-ağılsız ayaqlarını torpağa vuracaqdır, guya bununla canavarı qorxudur. Qoyunun ümumiyyətlə öz istəyi yoxdur. O, hər zaman keçinin ağlı ilə gəzir. Keçinin təsadüfən ayağı sürüşsə və suya düşsə, qoyun sürüsünün hamısı suya düşəcəkdir, əgər ki, sürünün sahibi kömək etməzsə.

Ömrü boyu elə ağılsız hərəkət edir, sanki başında ağlı yoxdur. Nə qədər çalışsan da, qoyuna heç nə öyrədə bilməyəcəksən. Amma insanlar üçün qoyun ağlı nəyə lazımdır! İnsana qoyunun yunu şal və ya corablar toxumaq üçün, piyi – şam və sabun üçün, südü – pendir üçün, dərisi – geyim üçün və əti – bozbaş və kabab hazırlamaq üçün lazımdır…

Xalqımız qoyunu o qədər faydalı heyvan hesab edir ki, qoyunun yaranıb artdığı yerdə yoxsulluğun yox olduğunu düşünür. Xalqın bu fikri növbəti hekayədə söylənilir:

Qoyun və yoxsulluq

(xalq nağılı)

Qoyun evə girdi, yoxsulluğu görüb ayaqlarını döyəcləyib qışqırdı:

- Dur ayağa, yoxsulluq, get buradan!

- Niyə getməliyəm ki? Bu, mənim evimdir!

- Sənin yox, mənimdir, indi get buradan!

Qoyunun dayanmadığını görüb yoxsulluq soruşdu:

- Evin yarısını mənə ver.

- Yox, yox, verə bilmərəm.

Sonda yoxsulluq yalvardı: bir küncüsə ver mənə.

- Verə bilmərəm, bütün ev lazımdır mənə!

- Neynirsən?

- Çünki bir guşədə mən durmalıyam, ikinciyə - quzunu qoymalıyam, üçüncüyə yun qoymalıyam və dördüncüyə - pendir.

Yoxsulluq durub getdi. Bütün ev qoyuna qaldı.