Laşaroba

Laşaroba Pşavi əhalisinin əsas bayramıdır. Bayram Laşari təpəsində qeyd edilir, burada Laşari xaçı ilə kilsə yerləşir. Laşari xaçı kilsəsinin tikintisi üçün camaat Gürcüstan çarı Laşa-Qiorqiyə minnətdarlıq edir. Amma Laşari xaçına ibadət etmək daha əvvəllər keçirilən mərasim olmalıdır. Paşvelilərin dərin inamına əsasən, Laşari xaçı ikonası yürüşçü və döyüşçünün ikonasıdır. O, müharibədə irəlidə qanadlı ağ atla gedirdi. Laşari xaçının bütpərəstliyini eləcə də heyvanların qurban gətirilmə mərasimi və onların qanları ilə təmizlənmə göstərir. Dağlıların xristianlaşmasından sonra Laşari bütpərəstlik məbədini camaat Laşa-Qiorqi çarının adı ilə əlaqələndirdi və bu yolla da o, xristianlıq məbədinə çevrildi.

Laşaroba bayramını Tianetidə, Xevsuretidə və Pşavidə qeyd edirlər. Laşari təpəsinə Gürcüstanın müxtəlif bölgələrindən gəlirlər. Bu bayramda ənənəvi mərasimlər keçirilir, heyan kəsilir, atların yarışması keçirilir. Camaat şənlənir, kef edir, mahnı oxuyur və şərab içir. Laşarobadan əvvəlki gecə ibadət edənlər Laşari təpəsinə toplaşırlar. Kilsədə gecəni keçirirlər. Laşaroba gecəsində yatmış insanın əşyalarını oğurlayıb gizlətmək ənənəvi mərasimdir. Guya ki, Laşari gecəsində necə yatmısan? Ona itirilmiş əşyanı axtartdırır və çox əziyyət çəkdikdən sonra yenə də geri qaytarırlar.

Laşaroba bayramında şərab içilir, onu pşavelalılar “kuluxi” adlandırırlar. Kuluxi Laşari üzümçülüyünün şərabıdır. Hesab edilir ki, Laşari xaçı çox zəngindir. Ona çoxlu sədəqələr gətirilir; bahalı əşyalar, torpaq sahələri, Kaxetidə üzümlüklər və s. Üzümlüklərin becərilməsi üçün pşavelalılar tez-tez pul yığır və onlar qeyri-adi şərab düzəldirdilər. Laşaroba bayramında məhz bu şərab – kuluxi içilir. Əvvəllər insanlar bu şərabı bahalı gümüş piyalələrdə içirdilər. Bu gün xevisberi bu piyalələri çıxartmır ki, onlar itməsinlər.

Laşari xaçı bayramını iyulun 12-də qeyd edirlər. O, bir həftə davam edir. Çoxlu insanlar Laşari təpəsinə üz tutur və qurbanlıq heyvan aparırlar. Qurbanlıq heyvanı kəsmək hüququ yalnız xevisberiyə məxsusdur. Bəzən qurbanlıq heyvanlar o qədər çox olurlar ki, bu zaman ona digər xevisberi köməklik edir. Heyvan kəsildikdə xevisberi məbədə qurban gətirən iləyə dua oxuyur.

Laşari xaçının güc-qüvvəsi ilə əlaqədar bir əfsanə var. Laşari xaçının yaxınlığında bir palıd var imiş. Bu palıdın üzərinə qızıl zəncir asılıbmış və bunun vasitəsilə mələklər göyün üzərinə qalxır və enirmişlər. Palıd Laşari xaçının müqəddəs ağacı kimi hesab edilirdi. O, pşavelalıları qoruyur və müharibələrdə onlara qələbə qazandırırdı. Araqvinin eristavisi Zurab bir dəfə də olsun pşavelalıları məğlub edə bilmədiyinə çox qəzəblənirdi. Nəyin baş verdiyini başa düşə bilmirdi. Palıd ağacının əhvalatını biləndə onu kəsməyi qərara aldı, hərçənd bacara bilmədi. Hər bir kəsilmiş budaq geri palıda qayıdır və yenə də ona birləşirdi. Bu zaman Pşavidə xəyanətkarlar meydana çıxdılar. Apsiauri nəslinin nümayəndələrindən biri palıdın sirrini Zurab Eristaviyə açdı və məsləhət gördü ki, ölmüş pişiyin qanını palıdın üzərinə töksün. Pşavelalılar pişiyi natəmiz heyvan hesab edirdilər. Zurab Eristavi öldürülmüş pişiyin qanını palıd ağacına səpdi, ağacı kəsib bundan sonra pşavelalıları məğlub edə bildi. Pşavelalılar xəyanətkar Apsiauriləri Pşavidən qovdular, onlar bu günə qədər Tianetidə yaşayırlar. Amma Apsiaurilər yenə də Laşari xaçına ibadətə gedirlər, amma onlara məbədə yaxınlaşmaq qadağandır, uzaqdan qurbanlarını kəsib geri qayıdırlar.

Laşari xaçına olan böyük inam və hörmət bu gün də pşavelalılar arasında qorunub saxlanmışdır. Hər il onu yad edir və böyük Laşari bayramını qeyd edirlər.