Bizim dəstəmiz

Biz basketbolçularıq.

Bu, bizim dəstədir.

Dəstədə bütün üzvlər vacibdir. Dəstədə hamının öz işi var.

Oyunçular bir-birinə yardım edirlər.

1

1

Basketbol dəstəsində 5 oyunçu var. Bir oyunçu çox hündürdür.

Üç oyunçu ortaboyludur.

Bir oyunçu alçaqdır.

2

2

Vato hamıdan hündür oyunçudur.

Vato bizim dəstəni qoruyur.

3

3

Dito ən alçaq oyunçudur.

Dito topu ötürür.

4

4

Qela uzaqdan topu atır.

5

5

Qio hamıdan cəlddir.

Qio topu yaxından atır.

6

6

Bizim dəstəmiz güclüdür. Bizim dəstəmizdə ən yaxşı oyunçular var. Bizim dəstənin üzvləri bir-birinə yardım edirlər.

7

7