Rənglər

Bilirsiniz, göyqurşağı nədir? Göyqurşağını görmüsünüzmü? Göyqu-rşağı yayda olur. O, yağışdan sonra yaranır. Göyqurşağı rəngbərəng və çox gözəl olur. Sanki göyün üzü rəngbərəng boyalarla çəkilmişdir.

Təkcə göyqurçağı rəngbərəng olmur. Dünyada hər şeyin rəngi var. Rənglər bəzən təbii olur, bəzən də - süni. Səma mavidir, günəş sarı, bəzən də qırmızımtıl və ya od rəngində.

Təbiətdə əsas rənglər vardır. Əsas rənglərdən başqa alınma rənglər də vardır. Təbiətdə yalnız üç əsas rəng mövcuddur: bu rənglərdir qırmızı, sarı və göy. Qalan başqa rənglər alınma rənglərdir: yaşıl, narıncı, ağ, qara, boz, mavi alınma rənglərdir. Onlar əsas rənglərin qarışdırılması ilə alınırlar.

Bəzən rəng kəskin, parlaq olur. Bəzən isə açıq, solğun olur. Bəzən rəng şəndir, bəzən – kədərli. Bəzən rəng isti olur, bəzən də - soyuq.

Rənglərin əhval-ruhiyyəsi də olur.

İsti rənglərdir: qırmızı, sarı və narıncı. İsti rənglər insanı sakitləşdirir, yaxşı əhval-ruhiyyəyə gətirir..

Soyuq rənglərdir: mavi, göy və bənövşəyi. Soyuq rənglər insanı həvəsləndirirlər. Onlar insanı sərbəstləşdirir, istəklərini gücləndirirlər.

Rənglərin əhval-ruhiyyəsini otaqları boyadıqda da nəzərə alırlar. Ən yaxşı rənglərin əhval-ruhiyyəsini rəssamlar bilirlər. Onlar çoxlu rənglərdən istifadə edirlər. Rəssamlar özləri də rəng yaradırlar.

Biz də rəssam ola bilərik. Biz də həyatımızı rəngləyə bilərik. Rəngli həyat hər zaman gözəl və maraqlıdır.