Turp

Biri var idi, biri yox idi.

Bir gün Baba bir turp əkdi və dedi:

- Böyü, böyü, turpum, şəkər ol, möhkəm ol!

Günlər keçdi, Babanın turpu böyüyüb çox böyük bir turp oldu. Baba turpu çıxarmağa gəldi, çəkdi-çəkdi, çıxara bilmədi.

1

1

Baba nənəni köməyə çağırdı, nənə babanı, baba turpu çəkdilər-çəkdilər, çıxara bilmədilər.

2

2

Nənə nəvəni köməyə çağırdı, nəvə nənəni, nənə babanı, baba turpu çəkdilər-çəkdilər, çıxara bilmədilər.

3

3

Nəvə Toplanı köməyə çağırdı,Toplan nəvəni, nəvə nənəni, nənə babanı, baba turpu çəkdilər-çəkdilər, çıxara bilmədilər.

4

4

Toplan Məstanı köməyə çağırdı, Məstan Toplanı, Toplan nəvəni, nəvə nənəni, nənə babanı, baba turpu çəkdilər-çəkdilər, çıxara bilmədilər.

5

5

Məstan siçanı köməyə çağırdı,siçan Məstanı, Məstan Toplanı, Toplan nəvəni, nəvə nənəni, nənə babanı, baba turpu çəkdilər-çəkdilər və çıxardılar.

6

6