Kəndli, timsah və tülkü
Günlərin birində bir kəndli evə gedirdi. Kəndlinin evi meşənin kənarında idi. Evə getmək üçün kəndli meşədən keçməli idi. Kəndli meşəyə girdi. Kəndli çox gəzdi. Birdən böyük yaşıl timsah gördü. Yaşıl timsah kəndlini çağırdı: “Xahiş edirəm, mənə kömək et, yaxşı insan! Mənim valideynlərim çayda yaşayırlar. Mən meşəyə gəldim və yolumu itirdim. Xahiş edirəm, kömək et mənə və valideynlərimin yanına, çaya apar məni”.
Kəndli xeyirxah insan idi. O, timsahı böyük torbaya saldı. Kəndli timsahı çaya apardı. Kəndli çaya yaxınlaşdı. O, torbanın ağzını açıb timsahı çıxardı. Timsah kəndliyə baxıb dedi:
“Hazırlaş, səni yeməliyəm!”
Timsahın sözləri kəndlini təəccübləndirdi. Kəndli timsaha dedi: “məni necə yeyə bilərsən? Mən axı sənə kömək etdim və çayın yanına gətirdim?!”
Timsah ac idi. O, kəndlinin sözlərini eşitmirdi. O, kişinin ayağını dişləyib suya atdı.
“Necə də nankorsan!” – kəndli qışqırırdı.
1
Timsah cavab verdi: “Mən nankor deyiləm. Sadəcə, mən qaydanı yerinə yetirirəm, onu mənə valideynlərim öyrədiblər: qarşına keçən hər şeyi ye”.2

„Mən bu qayda ilə razılaşmıram. Gəl, gedək və kimləsə görüşək. Həqiqəti tapmaqda bizə yardım edəcək bir nəfəri. Əgər hakimlər desələr ki, bu qayda düzdür, o zaman məni və mənim bütün ailəmi ye!” – kəndli dedi.
Timsah fikirləşdi. Timsah tamahkar idi. Əgər indi təkcə kəndlini yesəydi, sonra kəndlinin tam ailəsini yeyə bilməyəcəkdi. Buna görə də kəndli ilə getməyi düşündü.
Kəndli və timsah hakim axtarmaq üçün getdilər. Onların qarşısına birinci alma ağacı çıxdı. Kəndli alma ağacına dedi: “Bu gün mən evə gedirdim. Mənim evim meşənin kənarındadır. Buna görə də meşədən keçməli idim. Yolda timsahla qarşılaşdım. Timsah itmişdi. O, kömək istədi. Mən timsaha kömək etdim – çaya apardım. Timsah isə məni yeməyi qərara aldı”.
Sonra kəndli alma ağacından soruşdu:
„Alma ağacı, xahiş edirəm, de görüm, yoluna çıxan hər şeyi yemək ədalətlidirmi?”
3
Alma ağacı dedi:4
“Bəli, ədalətlidir. Bilirsiniz, niyə? İnsanlar mənim kölgəmdə günəşdən gizlənirlər. Mənim meyvəmi yeyirlər və sonra da gəlib məni kəsirlər. Axı qışda onlara odun lazımdır..”
Timsah və kəndli alma ağacına cavab üçün təşəkkür edib yollarını davam etdirdilər. Yolda onlara inək rast gəldi.
Kəndli inəyə dedi:
“Bu gün mən evə gedirdim. Mənim evim meşənin kənarındadır. Buna görə də meşədən keçməli idim. Yolda timsahla qarşılaşdım. Timsah itmişdi. O, kömək istədi. Mən timsaha kömək etdim, – çaya apardım. Timsah isə məni yeməyi qərara aldı”.
Sonra kəndli inəkdən soruşdu:
“Dostum, de görüm, yoluna çıxan hər şeyi yemək ədalətlidirmi?”
„Bəli, – inək cavab verdi, - mən insanlara süd verirəm. Onlar süddən pendir, yağ və qatıq hazırlayırlar. Qocalanda isə onlar məni kəsir və ya çöl heyvanlarına yem verirlər”.
5
Bu cavaba timsah qəhqəhə çəkdi: “iki hakim mənim xeyrimə dedi. Gedək, üçüncünü tapaq”, - timsah söylədi.6

Kəndli və timsah yollarına davam etdilər.
Bir müddətdən sonra yolda tülkü ilə rastlaşdılar. Kəndli tülküyə də əhvalatını danışıb ondan soruşdu:
“De görüm, yoluna çıxan hər şeyi yemək ədalətlidirmi və ya yox?”
Tülkü bic və ağıllı idi. O cavab verdi:
“Bu suala cavab verənə qədər siz mənim sualıma cavab verin: bu boyda timsah bu cür balaca torbaya necə sığışıb? Bu, ağlasığmaz görünür”.
“Ağlasığmaz? Niyə? Mən indi göstərərəm necə!” – timsah cavab verib torbaya girdi. Tülkü kəndliyə göz vurdu. Kəndli iri daş götürüb torbaya çırpdı. O, timsahı öldürdü.
Timsah tülkünün yemi oldu. Kəndli isə öz evinə qayıtdı.
Timsah öz nankorluğu və tamahkarlığına görə cəzalandı.
7
8