Qəribə uçan mexanizmlər

Giriş

Gözlərini yum və təsəvvür et ki, quş kimi uçmağı bacarırsan. Hara gedərdin? Nəyə baxardın? Əgər təyyarə haqqında heç vaxt eşitməmisinizsə və görməmisinizsə, o zaman uçuş necə ola bilər? Gəl, uçuşu mümkün etmiş bəzi qəribə maşınlara baxaq.

Camaat hər zaman uçmaq istəyirdi. Onlar görürdülər ki, quşlar necə uçur və təsəvvür edirdilər ki, necə də möcüzə olardı bu! Bir neçə insan belə bir alət düşünüb tapmağa çalışdılar. Bir kişi havada hərlənə bilən balaca oyuncaq propeller hazırladı. 14-cü əsrdə məşhur rəssam Leonardo da Vinçi qeyri-adi vertolyot eskizini çəkdi. İşləməyə də bilərdi, amma heç vaxt quraşdırılmamışdı... Bu, yalnız eskiz idi...

İnsanlar eksperimentlər keçirirdilər: qollarına qanadlar bərkidir və bununla “uçurdular”. Demək olar ki, hamı məğlubiyyətə uğrayırdı, amma onlar uçmağı çox istəyirdilər.

Uçuş tarixi

1783-cü ildə iki fransız qardaşları hava şarını icad etdilər. Onun ilk sərnişinləri qoyun, xoruz və ördək idi. Corc Keyli insanın uçduğu ilk planeri icad etmişdi. Sonra mühəndis planeri təkmilləşdirmiş və onun ideyaları 1889-cu ildə hamı üçün məlum olmuşdu. Sonralar Keylinin ideyaları Vrayt qardaşlarının müxtəlif planının əsasını qoydu.

Orvil və Vilbur Vraytlar bütün keçmiş ideyaları öyrəndilər. Onlar bu ideyaların nə üçün işləyə bilmədiyini də öyrəndilər. Çoxlu imtahanlardan sonra onlar birinci uğurlu təyyarə üzərində işlədilər, onun mühərriki var idi.

Təyyarə yalnız bir nəfəri gəzdirə bilərdi və qardaşlar bunu sıra ilə sınaqdan keçirdilər. 1903-cü ilin dekabrın 17-də Orvilin növbəsi idi. Həmin gün o, tam bir dəqiqə uçdu və 260 metr məsafə keçdi. İnsan artıq uça bilirdi!

Təyyarələr

İlk uçuşun mümkün olduğundan sonra təyyarələr çox təkmilləşdirilmişdir. Siz təyyarə ilə uçmusunuzmu? Bu tipdə sərnişin təyyarələri öz yükləri ilə 450 nəfəri daşıya bilərlər. Belə bir təyyarə ölkə və ya dünya ətrafında hərəkət edə bilər.

Yüksəkdə və sürətlə uçmaq üçün quraşdırılmış bir çox təyyarələr reaktiv mühərriklərdən istifadə edirlər. Reaktiv mühərriklər güclüdürlər. Onlar təyyarəni irəli dartırlar; bunun üçün təyyarə isti qazdan istifadə edir. Bəzi reaktiv təyyarə səs sürətindən daha cəld uça bilər.

Köhnə təyyarələrin propeller mühərriki var idi. Hər bir propellerin qanadı quşun qanadı kimi hərəkət edir. Qanadlar fırlandıqda havanı yarırlar. Bu qüvvə təyyarəyə irəli istiqamət verir. Mahir pilotlar hava fəndlərini göstərmək üçün kiçik propellerli təyyarələrdən istifadə edirlər. Fermerlər isə onlardan suvarma üçün istifadə edirlər.

Bəzi təyyarələr əvvəlcədən müəyyənləşdirilmiş məqsədlə qurulmuşdur. Poçt təyyarələri gecələr əmanətləri daşıyırlar. Hərbi təyyarələr yük daşıyırvə sıra-sıra uçurlar. Təyyarələr ofislər kimi qurulmuşlar, bu da insanlara işgüzar görüşlərə gedən zaman da işləmək imkanını verir.

Vertolyotlar

Vertolyot uçan maşınların ikinci xüsusi növüdür. O, demək olar ki, hər yerə uça bilər və enə bilər. Vertolyotların əksəriyyətinin iki rotoru (turbini) vardır. Böyük rotor vertolyotu yuxarı qaldırır, kiçik isə pilota istiqamət götürməkdə kömək edir. Təyyarələrdən fərqli olaraq vertolyotlar geri istiqamətdə və dairəvi hərəkət edə bilirlər. Hətta onlar havada dayana da bilirlər.

Bəzi vertolyot ağır yükləri daşımaq üçün quraşdırılmışdır. Bəzən yanğınsöndürənlər meşədə böyük məsafədə yayılmış yanğını söndürmək üçün vertolyotdan istifadə edirlər. Vertolyotlar daha sürətlə hərəkət edirlər, nəinki maşınlar. Xəstəxanalar da bəzən zərərçəmiş insanları təcili aparmaq üçün vertolyotlardan istifadə edirlər. Polis caniləri təqib etmək üçün vertolyotdan istifadə edir. Xilaskarlar ondan itkin düşmüşləri axtarmaq üçün istifadə edirlər.

Dirijabllar və hava şarları

İsti hava ilə doldurulmuş hava şarları çox yavaş uçurlar. Onlar istiqamət götürə bilmirlər, onlar küləyin dartdığı tərəfə uçurlar. Qaz hava şarının içərisində havanı qızdırır və onu soyuq havaya atır. İnsanlar hava şarları ilə əyləncə üçün uçurlar. Bu, ölkənin hər hansı bir tərəfini yuxarıdan seyr etmək üçün qeyri-adi bir yoldur.

Dirijabl – bu, idman növlü tədbirlərdə tez-tez görülən uçan mexanizmdir. Dirijabl uzunsov şəkildə hava şarıdır. O, helium qazından istifadə edir. Onun iki balaca propellerli mühərriyi var və pilotun istiqamətinə nəzarət edir. Dirijabllar yavaş uçduqlarına görə onlar insanların diqqətini cəlb edir və buna görə də şirkətlər reklamlar üçün öz adlarını onda yerləşdirirlər.

Raketlər və kosmik gəmilər

Raketanın çox güclü mühərriki var, ondan isti qaz axır. Bu qazın vasitəsilə raketa istiqamətini götürür. 1957-ci ildə Sovet İttifaqı birinci peyki işlətmək üçün raketdən istifadə edərək dünyanı təəccübləndirdi.

Peykin adı “Sputnik” idi. O, hamının diqqətini cəlb etdi. İnsanlar hava səyahəti üçün hazırlaşmağa başladılar ki, astronavt olsunlar. Bundan sonra raketlər insanları Aya apardılar və orada ilk hava stansiyaları düzəldi.

Hava şattlı (mühərrikin hissəsi) raketaya havaya uçmaqda yardım edir. Astronavtlar onu beynəlxalq hava stansiyasına tərəf aparırlar. Yerə qayıtdıqda raketaya qanadları köməklik edir ki, təyyarə kimi yerə ensin.

Digər uçuş vasitələri

Bu gün çoxlu uçuş yolları var. Qayadan yavaş-yavaş yerə enən və hava istiqamətində hərəkət edən paraşütlə tullanmaq olar. Uzun müddət öncə insanlar elə düşünürdülər ki, yalnız quşlar uça bilərlər... Bu gün isə artıq bir çox insanın uçmaq imkanı var...

Siz hara uçardınız?