Cənubi Afrika Respublikası

Pretoriya şəhəri /Cənubi Afrika

Cənubi Afrika Respublikası Afrika qitəsinin cənub hissəsində olan dövlətdir. Cənubi Afrika dövləti çox gözəl və maraqlı bir ölkədir. Əgər ora düşsəniz, rəngarənglikdən heyrətə gələcəksiniz. Cənubi afrikalıların 11 dövlət dili var. Bu gün burada, bir küçədə bir-birinin qonuşuluğunda ara həkimləri və bankirlər yaşayırlar, nəhəng müasir göydələnlərin yanında isə balaca afrikalı daxmaları görmək olar. Maraqlıdır ki, belə bir rəngarəng ölkədə əhali necə yaşayır, onlar nə ilə məşğul olurlar.

Cənubi Afrika dövlətinin əhalisi

Dediyimiz kimi, bu ölkə rəngarəngliyi ilə seçilir, küçədə dərisinin rəngi müxtəlif olan və müxtəlif boylarda insanlar görmək olar. Onlardan bəziləri zəngindir və bəziləri – kasıb, amma bu gün bir-birinin yanında dinc yaşayırlar. Əvvəllər heç də belə deyildi. Bu ölkədə insanları dərilərinin rənginə əsasən seçirdilər, tünddərili insanlar ağdərili insanlardan ayrı yaşayırdılar. Onlar bir-biri ilə dostluq etmir və hamı özü üçün yaşayırdı. Tez-tez onların arasında dava da düşürdü. Sonra dövlət hakimləri başa düşdülər ki, bu cür çox davam edə bilməz və dərisinin rəngi müxtəlif olan insanlar arasında qarşıdurmanı və davanı aradan qaldırmağa çalışdılar. Onlar bunu bacardılar və bu gün artıq Cənubi Afrika əhalisi dinc və nisbətən mehribançılıqda yaşayırlar. Onlar birlikdə güclü və gözəl dövlətin quruculuğunda iştirak edirlər.

Cənubi Afrika əhalisi bir-birindən təkcə dərilərinin rəngi ilə fərqlənmirlər, onlar eləcə də müxtəlif dinlərə aiddirlər, yəni müxtəlif allahlara sitayiş edirlər. Onlardan bəziləri xristian, bəziləri müsəlman və sairə...

İohanesburqda universitet

Yəqin sizə maraqlıdır ki, bu qədər bir-birindən fərqli insanlar burada yaşayırlar, nə üçün bu qədər dil və din vardır? Bu suala cavab vermək üçün Cənubi Afrika dövlətinin tarixini sizə danışaq ki, bu dövlətin əsası necə qoyulmuşdur, əvvəllər burada kim yaşayırdı və s.

Cənubi Afrikanın tarixi

Cənubi Afrikada hal-hazırda çoxlu sayda avropalı yaşayır və əvvəllər də belə olur. Amma onlar Afrika qitəsinə gələnə qədər burada afrikalı qaradərililər yaşayırdılar, onlar Bantu qəbiləsi adlanırdılar. 17-ci əsrdə Hollandiya gəmisi Cənubi Afrikaya yaxınlaşdı. Onlar bu ölkənin gözəlliyini çox bəyəndilər və burada qalmağı qərara aldılar. Hətta Hollandiyadan çoxlu adam gətirib burada məskən saldılar. Hollandiyalı yeni sakinlər bir müddətdən sonra Madaqaskardan və İndoneziyadan qullar gətirdilər. Cənubi Afrika qitəsi artıq rəngarəng oldu, amma bu tərəfdə məskən salmaq bununla bitmədi. On doqquzuncu əsrdə Cənubi Afrika ilə Böyük Britaniya da maraqlanmağa başladı və burada öz şəhərlərini saldı. Britaniyalılar da tezliklə Cənubi Afrika torpağında bərqərar oldular. Onlar bu ölkənin qızıl və bahalı daşlarla çox zəngin olduğunu tezliklə anladılar. Onları emal etməyə başladılar və tezliklə bu bölgə zəngin bölgəyə çevrildi. Almanlar da britaniyalılar kimi etdilər və Cənubi Afrika qitəsində çox tezliklə alman şəhərləri yarandı. Buranın bütün sakinləri, yerli afrikalılar və ya müxtəlif ölkədən gəlmiş xaricilərin öz dili və dini var idi. Onlar dərilərinin rəngi və bilikləri ilə bir-birlərindən fərqlənirdilər. Məhz bu yolla Cənubi Afrika rəngbərəng və maraqlı oldu.

Cənubi Afrika respublikasında həyat

Cənubi Afrikanın məşhur şəhərləridir: İohanesburq, Durban, Pretoriya, Kapştadt və s. Bu şəhərlər çox gözəl tikilmiş və burada çoxlu maraqlı və əyləncə yerləri var. Cənubi Afrika Respublikası milli parklar və sahil zolaqları ilə zəngindir.

Blidi kanyonu

İohanesburq Cənubi Afrikada ən zəngin və əhalisi ən çox olan şəhərdir. Şəhərdə qızıl və bahalı daşlarla ticarət mərkəzləri çoxdur. Bu şəhərdə eləcə də ən böyük Tambo hava limanı yerləşir. O, Cənubi Afrikada ən böyükdür. Təbii minerallarla zəngin olan Vitvatersrand dağı bu şəhərə aiddir. Bu dağı bir çox hallarda qızıl dağı da adlandırırlar, çünki burada bahalı metal və digər bahalı daşlar tapılır.

Drakensberq

Cənubi Afrikada daha bir gözəl dağlıq yer Drakensberqdir, yəni əjdahalar dağı. O, Cənubi Afrikada ən yüksək dağlıq ərazidir. Burada gözəl şəlaləni, güllərlə bəzənmiş geniş çölləri görə bilərsiniz və dünyada nadir növlü quşların cikkiltisini eşidə bilərsiniz. Bir çox hallarda Cənubi Afrikanı onun nadir gözəlliyi və çox təmiz havasına görə cənnət də adlandırırlar. Drakensberqin şimal hissəsində Blid kanyonu yerləşir. O, həqiqətən də təbiətin möcüzəsidir. Kanyon 26 metr uzunluğundadır, onun dərinliyi isə 800 metrdir. Kanyonun kənarları qırmızı daşlardan ibarətdir. Bu daşlar günəşdə xüsusilə parlayır və adamın gözlərini qamaşdırır. Turistlərin əksəriyyəti Afrikada məhz bu yerə qonaq olur və kanyonun gözəlliyindən hamı heyran qalır.

Cənubi Afrikanın qızıl və bahalı minerallarla zəngin ölkə olmasına baxmayaraq turistlərin gəlişindən də böyük gəlir əldə edir. Məhz bu gözəl və bəhrəli təbiətin üzündən bu gün Cənubi Afrika Respublikası dünyada ən zəngin ölkələrdən biridir.