Xertvisi

Gürcüstanda çoxlu tarixi qala-istehkam və kilsələr vardır. Onlardan bir çoxu bu gün uçmuşdur və onların yalnız uçurumlarını görmək olar, amma bəzi qala-istehkamlar və kilsələr zamanla bərpa edilmiş və bərkidilmişdir. Onların bu gün də ziyarətçiləri çoxdur.

Əhəmiyyətli tarixi qala-istehkamlardan biri Xertvisi qalasıdır. O, Gürcüstanın cənub hissəsində Cavaxetidə yerləşir. Cavaxeti bölgəsi əvvəllər daim düşmən hücumlarına məruz qalırdı, məhz bunun üçün də burada qala-istehkamın tikintisi vacib idi, haradan gürcü xalqı düşmənlə daha asanlıqla döyüşə bilərdi. Ümumiyyətlə, qala-istehkam hər zaman xüsusi bir yerdə duran bir tikilidir. Bu yer ya yüksəklikdir və ya da çətin qalxılan qayadır, çünki düşmən asanlıqla qalaya qalxa bilməsin. Müharibə zamanı qala-istehkamlarda gizli yer olurdu, burada adi vətəndaşlar da gizlənirdilər, gürcü döyüşçüləri onları da qoruyurdular, qalanı da.

Xertvisi qalası da yüksək, qayalı yerdə tikilmişdir və o, düşmən üçün çətin götürülən qala hesab edilirdi. Xertvisi qalasının uçurumları hal-hazırda da qalmışdır, baxmayaraq ki, uzun müddət öncə tikilmişdir, 10-14-cü əsrlərdə. Xertvisi qalasının tikilməsi haqqında gürcü tarixçisi Leonti Mroveli yazırdı ki, bu qalanın yerində daha əvvəllər də İsanın doğulmasına qədər qala var idi və o, miladdan öncə 4-cü əsrdə tikilmişdi. Leonti Mrovelinin bu ehtimalı hələ ki, təsdiq olunmamışdır.

Qalanın təsviri

Tarixçilərin məlumatına əsasən, qala uçana qədər o iki əsas hissədən ibarət idi: biri içqala idi. O, qala-istehkamın içərisində tikilmiş möhkəm tikilidir və düşməndən özünü qorumaq üçün nəzərdə tutulmuşdur. İkinci hissə isə - qalanın hasarıdır. Bu gün Xertvisi qalası elə zədələnmişdir ki, hasar divarlarının hündürlüyünü təyin etmək mümkün deyil.

İçqalanın yeri çox maraqlı və ağıllı düşünülmüşdür. O, birbaşa qayada tikilmişdir. İçqalaya qədər düşmənin piyada qalxması mümkün deyildi, çünki qaya çox sıldırım idi və ora ayaq basmaq mümkün deyildi, ayaq basılan yerdə isə düşməni qayanın nəhəng divarı gözləyirdi və qalaya heç bir yolla girmək mümkün deyildi.

Əvvəllər qalalar tikildikdə, gizli tunel düzəlirdi və onun vasitəsilə qaladan sakitcə çıxmaq olurdu. Düşmən qala ilə uzun müddət döyüşəndə qalada olan insanların su və azuqələri qurtarırdı və onlara tədarük lazım gəlirdi. Xertvisi qalasının da tuneli var idi.

O, çaya enirdi və döyüşçülər buradan su daşıyırdılar və qalanın bərkiməsi də uzun müddət mümkün idi. Bu onu bildirir ki, qala təkcə öz yeri ilə əlçatmaz və məğlubedilməz idi, eləcə də çox ağılla inşa edilmişdi. Bu da düşmən üçün onu məğlub etməyə çətinlik yaradırdı.

Xertvisi qalasının tarixi

Artıq dediyimiz kimi, bu qalaya hər zaman düşmənlər basqın edərdilər. Gürcülər çox mərdliklə qalanı müdafiə edirdilər, amma bəzən o, düşmənlərin əlinə keçirdi. Bu, düşmənin bizdən güclü olduğunda baş verirdi və ya qalada satqınlar olanda və qalaya gedən gizli yol düşmənə öyrədiləndə. 1588-ci ildə Xertvisi qalası iranlı qəsbkar Şah Abbasın əlinə keçdi və uzun müddət ərzində bizim olmadı. 1771-ci ildə Xertvisini çar İrakli Rusiyanın köməkliyi ilə geri qaytardı. Sonda isə o, 1828-ci ildə Gürcüstana birləşdi. Bu zaman qala-istehkamlar artıq müdafiə və mübarizə üçün istifadə olunmurdular. Xertvisi bu gün maraqlı və çox gözəl bir yerdir, bura tez-tez turistlər gəlirlər.