Rihard Vaqner

Giriş

Rihard Vaqner alman bəstəkarı idi. O, operalar yazırdı. Vaqner eləcə də böyük dirijor və filosof idi.

Vaqnerin ailəsi və uşaqlığı

1

1

Vaqnerin atası polis idi. Rihardın bacısı və qardaşı var idi. Özü isə ailədə ən kiçik idi. O, doqquzuncu uşaq, sonbeşik idi. Doqquz aylıq Vaqnerin atası vəfat etdi. Bir müddətdən sonra anası ikinci dəfə ailə qurdu. Rihardın atalığı aktyor idi. Məhz atalığı ona musiqini və teatrı sevdirdi.

2

2

Rihardın uşaqlıqdan musiqi istedadı var idi. Anası isə onun musiqiçi olmağını istəmirdi. Buna baxmayaraq balaca Vaqner musiqi məktəbinə getdi. 5 yaşlı oğlan pianoda artıq yaxşı ifa edə bilirdi.

Məktəbi bitirdikdən sonra Rihard təhsilini universitetdə davam etdirdi. O, çox istedadlı bir tələbə idi. Çoxlu oxuyub yazırdı. O, psixologiyanı, fəlsəfəni çox sevirdi və çox yaxşı bilirdi. Vaqnerin fəlsəfi əsərləri var.

3

3

Vaqner tələbə olarkən onun atalığı vəfat etdi. Ailə çox ehtiyac içində yaşayırdı. Amma buna baxmayaraq tez-tez onların evlərində ziyafətlər təşkil olunurdu. Rihard və onun qardaşları bu ziyafətlərdə piano çalırdılar. Hamı onların musiqisini çox bəyənirdi. İnsanlar Vaqnerlərdə qonaq olmaqdan zövq alırdılar. Onları şən ailə hesab edirdilər.

Vaqner məşhur bəstəkar olur

Vaqnerin sevimli bəstəkarı Bethoven idi. O, Bethovenin Doqquzuncu simfoniyasını çox bəyənirdi. O, hər zaman bu simfoniyaya əzbərdən dirijorluq edirdi.

4

4

5

5

Vaqnerin musiqisi rəngarəng və gözəldir. O həm sakit və eləcə də həyəcanlandırıcıdır. Vaqnerin musiqisini Hitler çox sevirdi. Hitler həmin dövrdə Almaniya hökumətinin başçısı idi. O, çox ciddi insan idi. Onun qəzəbindən bir çox bəstəkar Almaniyadan qaçıb getmişdi. Bu bəstəkarların musiqisi Almaniyada qadağan idi. Hitler nəyi isə bəyənmədikdə, dərhal onu məhv edirdi. Vaqnerin bəxti gətirdi. Hitler ona səcdə edirdi. Məlum olduğu kimi, Hitler ardı-arası kəsilmədən Vaqnerin operaları haqqında danışırdı və heç kim onun söhbətini kəsməyə cəsarət edə bilməzdi. Hitler Vaqner haqqında söhbətini bitirdikdə, artıq otaqda hamı yatırdı.

6

6

5

5

Rihard Vaqnerin musiqisini eləcə də Bavariya çarı II Lüdviq də bəyənirdi. II Lüdviq Vaqneri yaxşı tanıyırdı. Onlar tez-tez görüşür və saatlarla musiqi və incəsənət haqqında danışırdılar. Çar ona ev və əmlak bağışlamışdı.

Vaqnerin həyat yoldaşı Oyza Mafonbulov idi. Onların üç övladları var idi: İzolda, Eva və Ziqfrid.

Vaqner övladlarının adlarını sevimli opera qəhrəmanlarının əsasında adlandırmışdı.

7

7

Almaniyadan gedişi

1948-ci ildə Almaniyada inqilab başlandı. İnqilabçılar istəyirdilər ki, xalqın hüquqları olsun. İnqilabçılar daha azad olmaq istəyirdilər. Rihard Vaqner inqilabçıların ideyaları ilə razılaşmırdı. Bunun üçün Vaqneri təqib edirdilər. Bəstəkar İsveçrəyə köçüb getdi.

8

8

İsveçrədə bəstəkar tam vaxtını musiqi ilə keçirirdi. Vətənə Vaqner xəstə qayıtdı. Həyatın son illərini Vaqner İtaliyada keçirdi.

O, İtaliyanı çox sevirdi. Vaqner İtaliyada, Venesiyada vəfat etdi.

9

9

Rihard Vaqner dünyanın ən uzun operanın müəllifidir. Onun operası 5 saat və 15 dəqiqə davam edir.

Son söz

10

10

Vaqnerin musiqisi çox gözəldir, amma çətindir. Onu bu gün də dünyada dinləyirlər. Vaqner çox böyük bəstəkardır. Onun musiqisi müasir musiqidə də eşidilir.

Müasir musiqidə elə bir cərəyan var ki, rok adlanır. Rok musiqisində Vaqnerin musiqisini də eşidə bilərik. Belə bir musiqini tez-tez Vaqner roku adlandırırlar.

Almaniyada məşhur musiqi qrupu “Ramştayn”-dır. Ramştaynın musiqisi Vaqnerin musiqisi üzərində qurulmuşdur.

11

11