Dəniz fəlakətləri

Giriş

Dənizdə və ya okeanda səyahət maraqlıdır, amma bəzən gəmilər geri, sahilə qayıda bilmirlər. Onlar suda batır və gəmidə olan insanlar da həlak olurlar. Belə halları dəniz fəlakətləri adlandırırlar. Dəniz fəlakətləri haqqında məlumat televiziya ilə də yayımlanır. Onlar haqqında kitablar da yazılır, hansında fəlakətin necə və harada baş verdiyi nəql edilir. Ən maraqlı dəniz fəlakətləri haqqında filmlər də çəkilir, buna da sonralar camaat maraqla tamaşa edir.

Dəniz fəlakətlərini yaradan səbəblər

Dəniz fəlakətlərinin səbəbi müxtəlif ola bilər. Məsələn, Qrenlandiya və Antarktida yaxınlığında çoxlu aysberqlər üzürlər və burada dəniz fəlakətləri də çox hallarda onlara görə baş verirlər. Gəmidən aysberq görünmür və onunla toqquşulur. Eləcə də, dənizdə bir çox hallarda böyük sualtı qayalar olur. Onlar bütövlükdə su ilə örtülü olur və gəmidən onları görmək mümkün deyil. Əgər gəmi onunla toqquşarsa, gəminin dibi zədələnə bilər və içəri su dola bilər. Belə bir hallarda gəmi tez-tez həlak olur.

Bir çox hallarda gəmilərin məhvinə səbəb gəmi kapitanı və onda çalışan personalın təcrübəsizliyi olur. Bəzən təcrübəsiz dənizçilər okeanda uzağa gedir və maneə zamanı necə hərəkət edəcəklərini bilmirlər. Belə bir halda onlar gəmini də, özlərini də məhv edə bilərlər.

Gəminin çox köhnə olmaması da vacibdir. Əgər o köhnədirsə, o zaman gəmidə üzdüyü zaman asanlıqla zədələnə bilir. Gəmilər suya çıxmazdan öncə texniki yoxlanışdan keçməlidirlər və yalnız bundan sonra uzunmüddətli səyahətə çıxmaq hüquqları olur.

Məşhur dəniz fəlakətləri

Bir çox dəniz fəlakətləri haqqında hal-hazırda filmlər çəkilmiş və onlar haqqında kitablar yazılır. Eləcə də fəlakətlər də var ki, onlar haqqında çoxları bilmir, amma çox maraqlıdır. Bir neçə dəniz fəlakətləri haqqında sizə burada nəql edəcəyik.

“İndianapolis” gəmisinin batması

Bu dəniz fəlakəti 1945-ci ildə Filippin adalarında baş vermişdir. Gəmi Amerika Birləşmiş Ştatlarına məxsus idi və onda 1196 sərnişin var idi. Amerikalıların gəmisi yaponların sualtı gəmiləri ilə toqquşmuş və çox tezliklə 12 dəqiqə ərzində batmışdı.

Gəmidə olan insanlardan 300-ü dərhal həlak olmuş, 800 nəfər isə gəmidə belə bir hallar üçün saxlanılan qayıqla (belə bir qayıq ehtiyat qayıqları adlanır) xilas olmuşdular. Bu insanlar kömək də istəyə bilmirdilər. Çünki müharibə dövrü idi və əgər yardım istənilsəydi, yaponlar onları əsir götürərdilər. Bu qorxu üzündən sərnişinlər 4 sutka ərzində içməli su və yemək xaricində üzürdülər. Bir çox insan susuzluğa və aclığa davam gətirə bilməmiş və həlak olmuşdu. Sonda, xilas olmuş 800 nəfərdən yalnız 317-si sahilə çatıb sağ qalmışdı.

Filippinin dəniz faciəsi

İndi danışdığımız faciə də Filippinlərdə baş vermiş və çoxlu qurbanlarla başa çatmışdır. Dəniz fəlakəti 1987-ci ildə baş vermişdi. Sərnişin gəmisi neftlə dolu tankerlə toqquşmuşdu. Gəmi dərhal partlamış və batmışdı. İlkin qurbanların sayı 3000-ə qədər hesablanmışdı, sonra tezliklə qurbanların sayı 4357 nəfərə qədər artmışdı. Filippin faciəsi dünyanın ən böyük fəlakəti hesab edilir, burada çoxlu sayda insan məhv olmuşdu.

Kosta Konkordianın suda batması

კოსტა კონკორდიას ტრაგედია

Ən yeni və məşhur dəniz fəlakəti 2012-ci ilin

yanvarın 13-də baş vermiş “Kosta Konkordia” gəmisinin faciəsidir. “Kosta Konkordia” gəminin adıdır. O, 2012-ci ilin yanvarın 13-də İtaliya yaxınlığında Tirani

dənizində üzürdü. Gəmi sahil yaxınlığında riflərlə toqqaşdı və batdı. Gəmidə cəmi 4225 nəfər var idi. Bunlardan 25-i toqquşma zamanı həlak oldu, 7 nəfər isə itkin düşdü. Qalan sərnişinlərin bəxti gətirdi ki, həmin gün hava yaxşı idi və xilaskarlar da vaxtında köməklik göstərdilər. Buna görə də onların xilası mümkün oldu. Gəminin riflərlə toqquşması səbəbi hələ də məlum deyil.

Son söz

Dəniz fəlakətləri əvvəllər daha qorxulu idi və daha tez-tez baş verirdi, hal-hazırda müasir gəmi ilə səyahət nisbətən təhlükəsizdir və xoşdur. Amma heç bir gəmi və sərnişin dəniz fəlakətindən sığortalı deyil.