Canavar

Canavar ağıllı və hiyləgər heyvandır. Canavar yırtıcı heyvandır. Canavarların iki növü məlumdur. Bunlardır: qırmızı və boz canavarlar. Qırmızı canavar çox azdır. Boz canavar isə müxtəlif olur: şimal, yəni Arktika canavarı, Şimali Amerika meşəsinin canavarı, Mərkəzi Asiya steplərinin canavarı və adi canavar. Adi canavar Şərqi Avropa və Skandinaviyada yaşayır.

Canavarlar xarici görünüşləri ilə bir-birindən fərqlənirlər. Step canavarının qısa və açıq rəngli xəzi olur. O, ölçüsü ilə də balaca olur. Step canavarı xarici görünüşü ilə boz Avropa canavarına bənzəyir. Arktika canavarı bir qədər böyükdür. Arktika canavarının qalın və ağ rəngli tükü var.

Canavarlar sürülərdə yaşayırlar. Sürüdə 6-8 üzv olur. Nadir hallarda sürüdə iyirmiyə qədər canavar olur. Sürünün iki başçısı var. Bu, canavarların cütlüyüdür. Başçılardan biri dişi canavardır və ikincisi isə erkəkdir. Bir çox hallarda sürüdə başçı canavarların övladları üzv olurlar. Sürünün üzvləri cavan canavarlardırlar. Canavarlar böyüdükdən sonra öz sürülərini yaradırlar. Canavarların sürüsü insanların ailəsinə bənzəyir. Əgər başçılardan biri ölərsə, ikinci sürünün başçısı kimi qalır. Sürüdə canavarlar başçılıq uğrunda mübarizə aparırlar. Başçı sürü üzvlərindən güclüdür. Əgər sürünün üzvü daha güclüdürsə, o zaman başçı dəyişir. Bəzən məğlub olmuş başçı sürünü tərk edir və başqa yerə gedir yaşamağa.

Cavan canavarlar öz sürülərini bir çox halda tərk edirlər. Onlar yeni sürü axtarırlar. Bu cür canavarlar üçün təhlükə mövcuddur. Bu təhlükəni tənha canavarlar hiss edirlər. Onlar başqa canavar sürülərindən gizlənirlər. Tənha canavar başqa canavarların sürüsü ilə döyüşə bilər. Davada canavar sürüsü tənha canavarı öldürür.

Canavar balası küçük adlanır. Bir canavarın tez-tez 4-7 küçüyü olur. Birinci üç həftə ana canavar balalarına süd verir. Bu dövrdə ana canavar yuvasını tərk etmir. Yemi ata canavar gətirir. Sürünün başqa üzvləri də ana canavara və balalarına qayğı göstərirlər. Onlar eləcə də yem gətirirlər. Bəzən sürünün üzvləri balalarını atırlar. Ana canavar isə ova çıxır.

Canavar balaları iki-üç aydan sonra yuvalarını tərk edirlər. Onlar böyük canavarlara birlikdə ova çıxmağa başlayırlar. Böyük canavarlar balalara ov ovlamağı öyrədirlər.

Canavar ovladığı hər şeyi yeyir. Yayda canavar quş, qurbağa, böcək yeyir. Canavar sürüsü daha tez-tez böyük heyvanlara hücum çəkir. Canavarların sürüsü 500 kq çəkili maralı ovlaya bilər. Belə bir maral çəki baxımından on dəfə canavardan artıqdır. Tənha canavar isə balaca heyvana ov edir. Tənha canavar xırda ölçülü marala və ya qoyuna ov edir. Canavarların sürüsü sağlam heyvanları ovlamırlar. Canavarların sürüsü çox cavan və ya çox qoca, zəif və ya xəstə heyvanları seçirlər. Bəzən canavarlar məğlub olurlar. Bəzən onlar gözləyirlər ki, marallar nə vaxt yorulacaqlar. Bundan sonra isə zəif marallara ov edirlər.

Canavarlar sürüsü hər zaman birlikdə ov edir. Birinci yemi həmişə sürünün başçısı yeyir. O doyduqdan sonra, sürünün başqa üzvləri yeməyə başlayırlar. Bəzən ovun qalıqlarını canavarlar torpaqda saxlayırlar. Bəzən isə tullantıları yerində qoyub gedirlər.

Canavar bir dəfəyə 10 kq-ya qədər ət yeyir. Canavar ətdən əlavə, şikarının dərisini və xəzini də yeyir. Bəzən canavar bir neçə gün ac qalır. Qışda canavar üçün ov etmək çətin olur.

Canavar təmizliyi sevir. Yeməyindən sonra canavar üzünü bulaqda yuyur. Sonra isə canavar yatır. Oyandıqdan sonra canavar yenə də ov haqqında düşünür.

Canavarların öz “dilləri” var. Bu, canavarların ulaşmasıdır. Ulaşma ilə canavarlar bir-birlərinə məlumat ötürürlər. Bir canavar sürüsü ulaşma ilə digər sürü ilə “danışır”. Bu zaman canavarlar sürüsü bilir ki, yaxında başqa sürü var. Canavar sürüləri çalışırlar ki, bir-biri ilə qarşılaşmasınlar. Canavarlar ulaşmağı çox sevirlər. Ulaşma zamanı canavarlar elə bil ki, dincəlirlər.

Tənha canavarlar sakit gəzirlər. Onlar təhlükə hiss edir və sakit olmağa çalışırlar.