Kalandoba

Kalanda ənənəvi quriyasayağı yeni ildir. Yeni ili hər bir ölkədə müxtəlif qaydada qarşılayırlar. Gürcüstanda da yeni il ənənələri var. Quriyalıların yeni ili çox fərqlidir. Onun adı da başqa cürdür –

kalandoba. “Kalanda” mənsubiyyət baxımından Roma sözüdür və yeni ilin birinci gününü bildirir. Heç kim bilmir ki, nə üçün quriyalılar yeni ili kalanda adlandırmışlar, amma onlar bu gün də bu bayramı belə adlandırırlar. Bütün dünya yeni ili yanvarın 1-də qeyd edəndə, quriyalılar üçün bu bayram gec yetişir. Onlar kalandobanı yanvarın 14-də qeyd edirlər.

Yeni ilə quriyalılar qonaq çağırırlar və özləri də qonaq gedirlər. Yeni il qonağı ailəyə xeyir və xoşbəxtlik gətirə biləcək bir insandır. Ənənəyə əsasən, gürcülərin yeni il qonağı Müqəddəs Vasili hesab edilirdi. Kalandoba məhz onun anım günüdür və yanvarın 14-ə təsadüf edilir (köhnə təqvimlə - yanvarın 1-ə). Quriyalılar Müqəddəs Vasilinin şərəfinə kalandobaya “çiçilaki” bəzəyirlər. Çiçilaki ağ rəngdədir və camaat onu Müqəddəs Vasilinin ağ saqqalına bənzədir.

Ənənəvi olaraq, quriyalı ailəsi kalandoba üçün hazırlığa yanvarın 13-də başlayır. Kalandadan əvvəlki gün “sxemlisçra” adlanırdı. Həmin gün ailənin üzvü “sxemli” ağacını kəsir və odun hazırlayır, evə gətirir və ocağın yaxınlığına qurutmağa düzürdü. “Sxemlisçeri” günü üçün şam yeməyinə hinduşka ətindən sasivi hazırlanır, yaxşıca kökəlmiş donuz başını qaynadırdılar. Quriyalılar xaçapurii və şirin nazukiləri xüsusilə hazırlayırlar. Nənələr və analar həmin gün üçün uşaqlara xüsusilə saxlanılmış çurçxela və şirin balqabaq paylayırdılar. Axşam mum şamlarını yandırır və şam yeməyini yeyirdilər. Şərab içdikləri zaman söyləyirdilər: “Allah bizə çoxlu sxemlisçra gününü bəxş etsin”. Sxemlisçra günündə çiçilaki də hazırlanmalı idi. Həmin gün meşədə düz fındıq ağacını tapmalı, çiçilaki üçün gövdə seçməli və odun üzərində onu bir azca saxlamalı idilər. Ağacın qabığı çatırtıya başlayanda, onu götürür, yanmış qabığını soyur və çiçilaki hazırlamağa başlayırdılar. Hazır çiçilakini sarmaşıq yarpaqları, çurçxelalar və müxtəlif şirniyyatlarla bəzəyirdilər. Kalandoba gecəsində başlayan əyləncəni quriyalılar ikinci gün də davam edirdilər. Kalandobanın yetişdiyi günü də şənliklə və mahnı ilə qarşılayır və iki gün bayram edirdilər. Kalandobanın ikinci günü, yanvarın 15-ni Quriyada “kuçxa” adlandırırlar. Həmin gün ailəyə qonaq gəlir, hədiyyə olaraq şirniyyat gətirir və buxarını yandırır. Ənənəyə əsasən, qonağın gəlişi quriyalı ailəsinə xoşbəxtlik gətirəcəkdir.

Zamanla köhnə ənənələr də dəyişdi. Gürcü yeni il ənənələri də dəyişdi. Quriyalılar kalandanı əvvəllər qeyd etdikləri kimi qeyd etmirlər. Əvvəllər qış quraqlıq keçsə də, kalandobadan əvvəlki gecə yenə də qar yağardı. İndi bir çox hallarda kalanda ərəfəsində qar da yağmır. Bu qədər dəyişikliyə baxmayaraq, quriyalılar yenə də kalandanın bu gözəl ənənəsini qoruyub saxlaya bilmişlər. Quriyada yeni il bu gün də fərqlidir, orada kalanda bu gün də yanvarın 14-də qeyd edilir.