Buz heykəli

Uşaqlar divarda şəkil çəkirlər.

Dünyanın bütün ölkələrində ictimai incəsənət əsərlərini görmək olar.

İctimai incəsənət elə bir incəsənətdir ki, onları hamı görə bilər.

1

1

Divarda yerinə yetirilmiş şəkillər divar rəsmi, yəni freska adlanırlar.

İctimai incəsənət binalar, freskalar, skulpturalar, yəni heykəllər ola bilərlər.

İctimai incəsənət istənilən növ əşyalardan hazırlana bilər. İctimai incəsənət dünyanın bütün ölkələrində yayılmışdır.

İctimai incəsənət əsərlərini yaratmaq üçün boyalardan, qumdan, buzdan istifadə olunur. Eləcə də yenidən işlənilmiş əşyalardan.

2

2

İctimai yığıncaq yerləri

İctimai yığıncaq yerlərində, məsələn, parklar və skverlərdə tez-tez ictimai incəsənət əsərlərinə rast gəlmək olar. Bu əsərlərin bir çox hallarda öz adları olur və onların adları ilə əlaqədar tarixləri.

3

3

3

3

Bəzi ictimai yerlərdə məşhur insanların heykəllərinə rast gəlmək olar. İctimai incəsənət əsəri eləcə də bağ, skver və ya fəvvarə ola bilər.

Bu ayaqyolu incəsənət əsəridir. O, Yeni Zelandiyadadır və məşhur sənətkar tərəfindən düzəldilmişdir. Divarlar başqa-başqa rəngdədir. Ayaqyolu çox işıqlıdır. Pəncərələrdə şüşələrin əvəzinə şüşə butulkalardan istifadə edilib. Ayaqyolunda canlı ağac da var.

Prezidentlərin heykəlləri

4

4

Bu heykəllər Amerikadadır. Prezidentlərin heykəlləri qayalarda yonulmuşdur. Onlar 18 metr hündürlüyündədir. Amerikanın dörd prezidentinin siması yonulmuşdur. Bunlardır: Corc Vaşinqton, Tomas Ceferson, Teodor Ruzvelt, Avraham Linkoln.

İşıqlar

5

5

İşıqlandırmalar da ictimai incəsənətin tərkib hissələri ola bilərlər. Tez-tez gecə lampaları ilə işıqlandırılmış binaları görürük. Bəzən evləri və binaları xüsusi hallar üçün işıqlandırırlar. Yeni ildə demək olar ki, bütün binalar müxtəlif rənglərlə işıqlandırılır.

Buz heykəlini yonmaq çox çətindir. Buz heykəlini əsasən buz laylarından yonurlar. Buzdan heykəllər yonmaq üçün xüsusi alətlərdən istifadə edilir.

6

6

Bəzi buz heykəli balaca olur. Onu masanın üzərinə də qoymaq olar. Onlardan bəziləri isə çox böyük olur. Elə böyük olur ki, içərisinə də keçmək olur.

7

7

Buz mehmanxanası

Buz mehmanxanası Kanadada, Kvebekdə yerləşir. Biz mehmanxanası qardan və buzdan düzəldilmişdir. O, yanvardan mart ayına qədər açıq olur. Sonra əriməyə başlayır. Mehmanxanada əşyaların çoxu buzdan və qardan hazırlanmışdır. Bina bütövlükdə və çarpayılar buzdan düzəldilmişdir. Qablar da mehmanxanada buzdandır.

Ağaclar və kollar. Ağaclardan düzəldilmiş fiqurların bağı

Ağaclar müxtəlif ölçüdə incəsənət əsəri şəklində düzəldilə bilər. Buna ağacların fiqurlarla kəsilməsi incəsənəti deyilir.

Bağbanlar ağacdan və koldan müxtəlif formalı fiqurlar düzəldirlər. Ağaclardan bəzilərinin topa bənzər dairəvi forması, bəzilərinin - qülləyə bənzər, bəzilərinin isə heyvanlara bənzər formaları olur.

8

8

Qum heykəlləri. Qum əjdaha

Qum heykəli ictimai incəsənət əsəri ola bilər. Heykəllərin düzəldilməsi üçün çox nəmli qumdan istifadə olunur. Suyun əvəzinə yapışqandan istifadə olunur ki, qum heykəli asanlıqla parçalanmasın.

Qumdan düzəldilmiş qüllələr də var. Qumdan divarlar və tağlar da ucaldılır. Qum qüllələrinin yonulması üçün xüsusi alətlərdən istifadə olunur.

Divarda əsərlər

Bəzən insanlar icazə verilən yerlərdə divarda yazır və şəkillər çəkirlər. Bəziləri düşünürlər ki, bu, incəsənətdir. Rəsmlər boyalarla və fırça ilə yerinə yetirilir.

9

9

Eləcə də betonun üzərində təbaşirlə şəkillər çəkirlər. Bu da ictimai incəsənət əsəridir.

İctimai incəsənət ətrafda hər yerdə vardır. Ətrafa nəzər sal: yaşadığın yerdə mütləq ictimai incəsənətin hər hansı bir əsərini görə bilərsən.

10

10