Karamel

Karamellə tortları bəzəyirlər. Karameli dondurmaya əlavə edirlər. Karamellə konfetlər hazırlayırlar. Karamel dadlıdır. Karamel nədir? Karamel şəkərdən hazırlanır. Şəkəri quru-quru yüksək temperaturda qızdırırlar. Şəkər əriyir və rəngini dəyişir. Şəkər əridikdən sonra qəhvəyi rəng olur və mayeyə çevrilir.

1

1

2

2

Qəhvəyi tünd maye karamel olur. Karamel fransız sözüdür və “yanmış şəkər” adlanır. Karamel bala bənzəyir. Soyudulmuş karamel şəffafdır. Karameli kim icad etdiyini heç kim bilmir. Fikirləşirlər ki, onu ilk dəfə İsveçrədə hazırlamışlar.

3

3

4

4

Karamel sousu

Bu gün karameli fərqli şəkildə hazırlayırlar. Karameldən sous hazırlayırlar. Karamel sousunu dondurma və pirojna üçün də istifadə edirlər. Karamel sousu üçün şəkəri əritmək lazımdır. Sonra ona süd, yağ, vanil və su əlavə edirlər. Karamel sousu çox dadlıdır.

5

5

6

6

Karamel konfeti

Karamel konfeti uşaqların sevimli konfetidir. Karamel konfeti müxtəlif növdə olur: alma, çiyələk, albalı və s. Karamel konfetin hazırlanması sadədir. Ərimiş şəkər tozuna alma və ya başqa meyvə dadlı toz əlavə etmək lazımdır.

7

7

Bu tozları essensiya adlandırırlar. Essensiya karamelə müxtəlif meyvə dadını verir. Gürcüstanda karamel konfetini “Barambo” zavodunda hazırlayırlar. Siz onu evdə də hazırlaya bilərsiniz.

8

8