Vaxtın dəyəri

Dələ səhər tezdən durdu.

Onun çoxlu işləri var idi. Əl-üzünü yuyub işləməyə başladı.

Bu zaman cırcırama qonaq gəldi. Dələ işini yarımçıq kəsib qonağına nahar hazırladı. Cırcırama heç nə yemədi.

_ Sən o qədər çalışıb bu yeməyi balaların üçün tapmısan ki, mən onu necə yeyə bilərəm?

1

1

2

2

Cırcırama çoxlu cırıldadı. Dələnin işi çox idi, amma oturub cırcıramaya qulaq asdı.

Axı, nə edə bilərdi?

Axşam düşdü. Cırcırama isə heç yerə tələsmirdi. Cırıldayır və cırıldayırdı. Dələ gün ərzində bir iş görə bilmədi.

3

3

4

4

Bu zaman balaca bir siçan qapını döydü. Onun dişi ağrıyırdı.

_ Əziz dələciyim, _ siçan dedi, _ dişim çox ağrıyır. Yem tapa bilmirəm və mənə bir qoz ver. Sağalan kimi qozu qaytaracağam.

Dələ siçana dedi:

_ Bir qoz heç nədir. Biz bir-birimizə köməklik göstərməliyik.

Dələ siçana qoz da verdi və diş ağrısı dərmanını da.

5

5

6

6

_ Oy, siçan, siçan! _ cırcırama cırıldadı, _ dələ o qədər çalışıb bu yeməyi balaları üçün tapıb ki, sən onu necə yeyə bilərsən?

7

7

8

8

Siçan dedi:

_ Mən dələdən bir qoz istədim, sən isə dələnin bir gününü aldın. Mən qozu qaytaracağam, amma sən onun itirilmiş vaxtını qaytara bilməyəcəksən.

9

9

10

10