Birinci yer

Mənim adım Sofodur.

Mən at sürürəm.

Mən sirkdə at sürürəm.

Mən paradda at sürürəm.

Mən şouda at sürürəm.

დღეს მე ვჯირითობ ცხენების შოუში.

Mən atların şousunda at sürürəm.

Mənim atım qaçır.

Mənim atım hoppanır.

Mənim atım rəqs edir.

Mənim atım ən yaxşıdır. Onun adı Peqidir.

Mənim anam şouda deyil.

Anam işləyir.

Atam şoudadır.

O əl çalır. O gülür.

Atam mənə azarkeşlik edir.

Şou bitdi..

Münsiflər heyəti qalibləri elan edir.

„Birinci yerdə Sofo və Peqidir!”

Münsiflər mənə göy lent verirlər.

Mən xoşbəxtəm.

Atam məni qucaqlayır.

.

O əl çalır. Mən və atam evə gedirik.

Anam evdədir. Anam əl çalır. Anam gülür. Anam məni qucaqlayır.

„ Sənin zəhmətinə qiymət verildi!”- anam deyir.