Dağ keçisi

Dağ keçisi böyük ölçülü keçidir. Dağ keçisinin iki növü məlumdur: Qərbi-Qafqaz və Şərqi Qafqaz dağ keçisi. Dağ keçisi yalnız Qafqazda, yüksək dağlarda yaşayır. Başqa heç bir yerdə dağ keçisini tapmaq mümkün deyil. Dağ keçisi Şərqi Qafqaz, Rusiya, Gürcüstan və Azərbaycan ərazisində yaşayır. Gürcüstanda dağ keçisi Kaxetidə, Svanetidə və Abxaziyanın Dağlıq Kavkasionidə yaşayır.

Dağ keçisi yüksək qayaların sakinidir. Bu qayalara yaxınlaşmaq çətindir. O, olduqca cəld və ehtiyatlı heyvandır. Bu xüsusiyyətlərinə görə dağ keçisini ovlamaq çətindir. Dağ keçisini yalnız təcrübəli ovçular ovlaya bilirlər.

Dağ keçisi gözəl və çevik heyvandır. Onun uzun, burulmuş buynuzları və gözəl quruluşu var. Dişi dağ keçisinin nisbətən az çəkisi, xırda buynuzları olur. Erkək dağ keçisinin böyük, buruq buynuzları demək olar ki, bir metrə çatır.

Dağ keçisinin bədəninin uzunluğu orta hesabla 130-150 sm-dir, hündürlüyü 79-98 sm, çəkisi 55-100 kq. Dişi dağ keçiləri nisbətən balaca olurlar. Onların orta çəkiləri 45-55 kq-ı təşkil edir.

Dağ keçisi əsasən meşədə yaşayır və yarpaqlarla qidalanır. Onun əsas yemini müxtəlif bitkilər və Alp otları təqdim edir. Yem axtarışına dağ keçisi gün ərzində orta hesabla 15-20 kilometr yol gedir. Dağ keçiləri sürülərdə yaşaırlar. Sürüdə 10-12 dağ keçisi olur.

Dişi dağ keçisi əsasən bir və ya nadir hallarda iki bala doğur. Dağ keçisinin balası bir gündə qayaya dırmaşmağa öyrəşir. O, bir ay ərzində otla yemlənməyi öyrənir, amma birinci üç ay ərzində balalar südlə qidalanırlar.

Qafqaz dağ keçisinin sayı yavaş-yavaş azalır. Dağ keçisi Qırmızı Kitaba daxil edilib və onu ovlamaq qadağandır.