Öküz

Qədim zamanlarda öküz çöl heyvanı idi. Ondan daha qorxulu vəhşi nadir halda olurdu. Hirslənəndə heç nədən çəkinmir, ayaqları ilə torpağı qazır, başını aşağı əyir, ön buynuzlarını əsdirib insana tərəf və ya başqa düşmənə tərəf gəlirdi… Bu zaman insan hirsli öküzdən dərhal qaçmalı və ağaca çıxmalı idi yoxsa bir saniyədə öküz güclü buynuzları ilə onu havaya atar və sonra torpaqda əzərdi. Öküz açıq rənglərdən çox hirslənir. Harada qırmızı paltarda adam görsə, dərhal ona tərəf qaçardı.

İnsan öküzdən çox qorxurdu, amma fikirləşirdi ki: bu güclü heyvanı əhlilləşdirmək necə də yaxşı olardı, onu ev heyvanı edib güclü boynuna boyunduruq taxmaq. Torpağı da asanlıqla şumlayar, araba ilə yükü də daşıyar və meşədən çoxlu odun da gətirər. İnsan öz ağlı ilə öküzü tuta bildi; qulplu kəndiri uzaqdan atıb öküzün buynuzlarına keçirdi, tez kəndiri buynuzlarına, bədəninə, boynuna, ayaqlarına dolayıb möhkəm bağladı, sonra evinə gətirib tövləyə bağladı. İkinci öküzü də tutdu. Bir neçə gün onlara heç nə vermədi yeməyə, öküzlər aclıqdan çox zəiflədilər və sonra onları yəhərləməyə başladı: boyunlarına boyunduruq taxıb möhkəm taxta arabaya bağladı. Yazıq öküzlər boyunduruğu sevmədilər, amma ac və zəifləmiş vəziyyətdə nə edə bilərdilər? Öküzlər arabanı yaxşı sürməyi öyrəndikdən sonra insan onlara çoxlu yem verib yaxşıca kökəltdi və işlətməyə başladı. Öküz torpağı şumlayır, meşədən araba ilə odun gətirirdi. İnsan sonradan fikirləşdi: bu öküzlər tezliklə qocalacaqlar, yenidən çöl öküzlərini tutmaq qorxuludur, onları əhlilləşdirmək isə çətindir…. Gəl, çöl inəyini də əhlilləşdirim və mənə cavan öküzlər böyütsün. Kişi bunu fikirləşdi və inəyi də əhlilləşdirdi.

Öküzlər qocalanda onları kökəldib kəsdi. Ətini yaxşı qiymətə satdı, dərisindən isə müxtəlif əşyalar düzəltdi və paltarlar tikdi….

Bax, beləliklə insan öküzü və inəyi əhlilləşdirdi. Bundan sonra onlar insanla birlikdə yaşayır və çoxlu fayda gətirirdilər.

Amma əvvəllər təkcə öküz çöl heyvanı deyildi. İndiki ev heyvanlarının hamısı çöl heyvanları idilər və insan onları əhlilləşdirdi.