Tramvay

Giriş

Tramvay qatara oxşayan bir nəqliyyatdır. Ola bilsin ki, onu harada isə görmüsünüz. Beş il əvvəl tramvay Tbilisidə və Gürcüstanın başqa şəhərlərində də var idi və küçədən küçəyə camaatı daşıyırdı.

Tramvay qatara bənzəyir, amma qatar kimi sürətli və rahat deyil. Yəqin ona görə belədir ki, tramvayla uzun yolçuluq nəzərdə tutulmamışdır. O, yalnız küçələr arasında qısa məsafənin keçilməsi üçündür.

İlk tramvay

İlk tramvay İngiltərədə icad olunmuşdur və ilk qatar və ilk metro kimi buxar qüvvəsi ilə hərəkət edirdi. Birinci elektrik mühərrikli tramvay 1879-cu ildə alman ixtiraçısı Verner Simens tərəfindən yaradılmışdır və o, Almaniyanın paytaxtı Berlinin küçələrində gəzirdi. Birinci tramvay açıq tipli və nisbətən kiçik idi. Sonra tramvay vaqonları yaxşılaşdırıldı və uzadıldı.

Artıq dediyimiz kimi, Gürcüstanda da tramvay var idi. Bizdə tramvay 1904-cü ildə açıldı. Amma elektrik tramvayına qədər Gürcüstanda çoxyerli nəqliyyat var idi. O, at gücü ilə hərəkət edir və Tbilisinin küçələrində gəzirdi. Bu nəqliyyat konka adlanırdı.

Tramvay bu gün

2006-cı ildə Gürcüstanda tramvay ümumiyyətlə ləğv edildi. Avtomobil tramvayla böyük rəqabət aparırdı. Avtomobillər çoxaldıqda bir çox ölkələrdə tramvay ləğv edildi. Avropa ölkələrində də, Asiya ölkələrində də. Amerikada tramvay uzun müddət əvəzolunmaz idi və indi də tramvay işləyir.

Tezliklə Avropada anladılar ki, tramvay çox yaxşı nəqliyyat vasitəsi idi və bəzi ölkələrdə onu yenidən bərpa etdilər. Məsələn, Fransada və Londonda.

Son söz

Doğrudur, tramvay elə də sürətli nəqliyyat deyil, amma o, şəhərin küçələrində hərəkət üçün çox əlverişli nəqliyyat növüdür. Elə də bahalı deyil. Tramvayın eləcə də bir yaxşı xüsusiyyəti vardır, benzin deyil, elektrik enerjisini sərf edir. İşlənmiş tüstüsü olmadığı üçün tramvay havanı çirkləndirmir və ətraf mühit üçün təhlükə yaratmır.