Pişik

Bir evdə yekəbaş pişik yaşayırdı. O, təmizliyi çox sevirdi, bir saniyə belə bədənində çirki saxlamırdı – həmin dəqiqə ayaqları və ya dili ilə çirki kənarlaşdırırdı. Evin sahibi övladlarını utandırırdı: təmizliyi sevməyi pişiyimizdən öyrənin. İnsanlara nəvazişlə yanaşırdı, sakitcə onlara yaxınlaşır, miyovuldayır və yaşıl gözləri ilə sakitcə baxırdı… Amma əgər iti qulaqlarına və ya uzun bığlarına kimsə əl vurardısa, o zaman caynaqlarını çıxarar və əl atardı. Evdə onu hamı sevirdi, xüsusilə də uşaqlar. Amma siçanların ondan xoşları gəlmirdi… Siçanlar səhər yuvalarında gizlənir, gecə isə yemək axtarmaq üçün otağa çıxırdılar. Fikirləşirdilər ki, pişik qaranlıqda onları görməyəcək və heç nə etməyəcəkdir. Amma onlar yanılırdılar: ümumiyyətlə, pişik gecə də yaxşı görür, gündüz gördüyü kimi: ulduzun solğun işığı da kifayət edir ki, pişik hər şeyi seçə bilsin.

Bax, siçanlar yavaş-yavaş yuvalarından çıxıb çörək qırıntılarını axtarmağa başlayırlar. Pişik tezliklə onların səsini eşidir, yumulmuş gözlərini açır və siçanları yaxşı seçə bilir. Sakitcə, ayaqlarının ucunda yaxınlaşır, cəld tullanır, böyük siçanlardan birinin başının üstünü alır, caynaqlarını uzadır, ağzına keçirir və yazıq zingilti eşidilir. Həyəcanlı başqa siçanlar yuvalarına qaçırlar, amma onların dostları ilə pis hadisə baş verdi! Pişik onu xırda ön dişlərinə saldı, dörd uzun və kəsici orta dişləri ilə parçaladı, bu dişlərə mişar kimi iti arxa dişləri kömək elədi və bir neçə dəqiqədən sonra iri siçanı uddu…

Pişik siçanları məhv etməklə öz sahibinə böyük fayda verir, çünki pişik olmasa siçanlar çoxala bilər və yeməkləri və azuqələri korlaya bilərlər. Siçanlardan başqa pişik quşları da ovlayır və cəld gəzdiyi ağaclarda onları tutur.