Hari Poter

Hari Poter balaca oğlan idi. Hari yetim idi, onun valideynləri yox idi. Hari Poter İngiltərədə öz xalası və dayısı ilə birlikdə yaşayırdı. Dayısı və xalası Harini sevmirdilər. Onlar Hari ilə pis rəftar edirdilər.

Günlərin birində Hari məktub aldı, amma dayısı məktubu gizlətdi. Hari məktubu oxuya bilmədi. Bundan sonra onların evinə minlərlə məktub səpələnirdi. Məktubların yağışı evi zədələdi. Hari Poterin dayısı onu adaya apardı.

Tezliklə Harinin ad günü gəlib çatdı. Hari Poterin 11 yaşı oldu. Adaya Harinin yanına nəhəng gəldi. Nəhəngin adı Haqrid idi.

Haqrid Hariyə cadugər olduğunu dedi. Onun valideynləri də cadugər imişlər və onları cadugər Voldemor öldürmüşdür.

Voldemor Harrini də öldürmək istəyirdi. Haqrid Harriyə məktub verdi. Məktub Hoqvorts məktəbindən idi. Bu məktəbdə cadugərlər dərs keçirdilər.

Harri Poter Hoqvorts məktəbinə getdi. Məktəbdə Harrini hamı sevirdi. Onun dostları da var idi: Roni və Hermiona Harrinin ən yaxın dostları idilər. Harri Hoqvorst məktəbindən cadigərlik öyrəndi.

Cadugərlik Harriyə qəddar Voldemoru məğlub etməyə kömək etdi. Voldemora qarşı mübarizədə Harriyə onun dostları – Roni və Hermiona kömək etdilər. Harri Poter məşhur cadugər oldu.

Harri Poter haqqında Coan Roulinq 7 kitab yazdı. Oğlanın sərgüzəştləri haqqında filmlər də çəkilmişdir. Harri Poter uşaqların sevimli qəhrəmanıdır.

Coan Roulinqin əsasında