Çin bürcləri

Çində yeni il yanvar-fevralın ortalarına düşür. Hər il müxtəlif günə təsadüf edir.

Budda çinlilərin allahıdır. Budda haqqında çoxlu əfsanələr mövcuddur. Bürclər haqqında da gözəl əfsanələr mövcuddur:

2

2

Budda Yeni il bayramına bütün heyvanları dəvət etmişdir. Buddanın toplantısına yalnız on iki heyvan gəldi.

Birinci siçovul gəldi, ikinci - öküz, üçüncü - şir, dördüncü – dovşan, beşinci –

əjdaha, altıncı – ilan, yeddinci – at, səkizinci – keçi, doqquzuncu – meymun, onuncu – xoruz, on birinci – it və sonuncu oon ikinci – donuz gəldi.

Çin astrologiyasında məhz bu on iki heyvanın nişanı mövcuddur. Bundan sonra hər il bu heyvanların adları ilə adlandırıldı. Siçanın Buddanın yanına birinci gəldiyinə görə, birinci il siçan ili adlandı. Hər heyvanın ili on iki ildən bir gəlir. İndi 2013-cü ildir. Çin bürcünə əsasən, 2013-cü il ilan ilidir. İlan ili bir də on iki ildən sonra olacaqdır. Belə ki, 2025-ci ildə ilan ili olacaqdır.

Heyvan bürclərinin arasında ən qəribəsi əjdahadır. Əjdaha nağıl simasıdır. Onu heç kim görməmişdir, amma onun haqqında bütün ölkələrdə çoxlu əfsanələr mövcuddur.

Hansı heyvanın ilində doğulmusansa həmin heyvanın əlamətlərini daşıyırsan, - astroloqlar belə düşünürlər...