Qladiatorlar
Qladiatorlar Qədim Romada döyüşçülər idilər. “Qladiator” sözü qılınc daşıyan adlanırdı. Qladiatorlar çox güclü və qorxmaz idilər. Onlar bir-biri ilə və ya vəhşi heyvanlarla mübarizə aparırdılar. Qədim Romada qladiatorların mübarizəsini məmuniyyətlə seyr edirdilər. Bu, əyləncəli görüntü idi.
Qladiatorlar çalışırdılar ki, tamaşaçılar üçün özlərini bəyəndirsinlər. Onlar özlərini əsirgəmirdilər. Tez-tez onlar bu mübarizədə həlak olurdular.
Bu qanlı mənzərə Qədim Romada çox əhəmiyyətli idi.
Qladiatorlar zəngin insanlara məxsus idilər. Onların böyük hissəsi satılmış qullar idilər. Mübarizədə məğlub olmuş qladiatorların taleyi imperatordan asılı idi. İmperator məğlub olmuş qladiatorun ölməsini və ya sağ qalmasını söyləyirdi.
Qladiatorlar arasında zənginlik və ya kübarlıq sevən gənclər də var idi. Bu insanları böyüklük cəlb edirdi. Romanın məşhur imperatorunun – Yuli Qeysərin çoxlu qladiatorları var idi. Onu 2 min qladiator əyləndirirdi.
Qladiatorların sahibləri rahat idilər. Qladiatorlar qanlı tamaşalardan başqa sahiblərini qoruyurdular.
Cəsarətli və qorxmaz qladiatorlara sahibləri yaxşı hədiyyələr verirdilər. İmperator Neron öz qladiatoruna saray hədiyyə etmişdi. Gənc qladiatorlar qılıncoynatma və döyüş dərsləri də alırdılar. Bu cür dərslər baha idi. Qladiatorlar tez-tez həyatları hesabına zəngin və nailiyyətli olurdular.
Qladiatorların mübarizələrinin ən məşhur yeri Kolizey idi. Kolizey Roma şəhərində yerləşirdi. O, indi şəhərin əhəmiyyətli tarixi abidəsidir. Kolizey bizim eramızdan əvvəl tikilmiş və 60 min tamaşaçı yerləşirdi. Kolizeydə çoxlu qladiator qanı tökülmüşdür. Bu, yalnız insanların əyləncəsi üçün edilirdi. Kolizeylə başqa faciəvi əhvalat bağlıdır: 17 min xristian Kolizeydə ölümə məhkum edilmişdir. İmperatorun əmri ilə xristianların üzərinə şir və pələnglər buraxıldı....
Xristianlığın yayılması qladiatorlar mübarizəsinə nöqtə qoydu. Buna Ber Telemakenin özünü qurban verməsi səbəb oldu. O, qladiatorların mübarizəsinə müdaxilə edib mübarizəni dayandırdı, amma bununla özünü qurban verdi.