Quşlar da Vətəni sevirlər

Bir evin eyvanında qaranquş yuva qurdu.

Yuvada qaranquş balaları yumurtadan çıxdılar.

Ana qaranquş balalarına qulluq edirdi. Ana qaranquş balalarına yem gətirirdi...

Ana qaranquş balalarına qayğı göstərirdi. Gecə ana qaranquş balalarını qanadları ilə örtürdü. Gecə ana qaranquş balalarını qanadları ilə soyuqdan saxlayırdı.

Ana qaranquş balalarına uçmağı öyrədirdi.

Tezliklə isti ölkələrə uçmaq zamanı da gəldi.

Ana qaranquş və balaları uzaq ölkələrə uçub getdilər.

Gecə düşdü. Ana qaranquş və balaları evin eyvanında yuva qurdular.

Gecə quş balaları rahat yata bilmədilər.

Səhər açıldı.

Balalardan biri analarına çikkildəyib dedi:

Ana, burada öz yuvamızda yatdığımız kimi rahat yata bilmədim.

Mən də bizim yuvamızda yatdığımız kimi rahat yatammadım, - ikinci bala da cikkildədi.

Mən də yata bilmədim, ana – üçüncü səsləndi.

Ana, biz niyə yuvamızdakı kimi rahat yata bilmədik? – dördüncü bala soruşdu.

Ana gülümsəyib övladlarını sığalladı.

- Balalarım, siz yuvamızda yumurtadan çıxdınız. Yuvamızda sizə qulluq edirdim. Yuvamızda sizə yem gətirirdim. Gecə qanadlarımla sizi örtürdüm. Gecə sizi soyuqdan qoruyurdum. Yuvamızda uçmağı öyrəndiniz. Sizin yuvanız sizin evinizdir. Sizin eviniz – vətəninizdir. Vətən isə dünyada ən sevimlidir.

Vladimer Qoqoberidzeyə əsasən