Nyutonun alması

Almalardan əsasən kompot və ya pirojna üçün istifadə edirlər. Amma yeganə və təkrarolunmaz almalar da var – sehrli almalar da. Belə bir sehrli almalar demək olar ki, nağılların hamısında var.

Barəsində danışacağımız alma heç də sehrli deyil….

İngiltərənin kiçik Vulsdorf kəndində qırmızı evdə cənab Nyutonun İsaak adında oğlu oldu. Oğlan zəif və xəstə idi. Valideynləri onu zorla sağaltdılar.

Ailəyə güclü, möhkəm oğlan lazım idi. O, ailəyə qoyunları otarmaqda və çöl işlərini görməkdə kömək etməli idi. İsaak isə hər zaman kitab oxuyurdu.

Məktəbə göndərməliyik, - Yakob əmi söylədi.

Belə də oldu. İsaak məktəbdə qeyri-adi nailiyyətlər əldə edirdi. İyirmi iki yaşında yenə də zəif və xəstə idi. Amma bunun əvəzinə, hər şeyi bilirdi.

Bir dəfə, tətillər zamanı, evə istirahət etməyə getmişdi. O, alma ağacının altında uzanmışdı. Məhz bu zaman ağacdan alma düşüb onun burnuna dəydi.

Bir az o tərəfə düşə bilməzdin? – Nyuton dedi.

Sonra dərhal başa düşdü: hər şey ən qısa məsafə keçməklə düşür. Bu, böyük bir kəşf idi, - Nyuton Yerin cazibə qanununu kəşf etdi. O, bütün zamanların ən böyük alimlərindən oldu. Zəif və xəstə İsaak 88 il yaşadı.

Çox yaxşıdır ki, alma hansı buruna dəydiyini bilir!

Ana Diskoçilova